Xəzər Xəbər

Ukrayna Aİ ölkələrindən artıq 108 milyard avroluq yardım alıb

Dünya | 17:52 • 7 Avqust 2024
Ukrayna Aİ ölkələrindən artıq 108 milyard avroluq yardım alıb

Ukrayna Avropa İttifaqı (Aİ) ölkələrindən artıq 108 milyard avroluq yardım alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen “X” sosial şəbəkə hesabında yazıb.

“Aİ Rusiyanın aqressiv müharibəsinin ilk günündən Ukraynanı dəstəkləyir. Üzv dövlətlərimizlə təxminən 108 milyard avroluq dəstək göstərmişik”, – deyə paylaşımda deyilir.

Fon der Lyayen vurğulayıb ki, Ukrayna yaşamaq üçün bu müharibədə qalib gələcək və Aİ Ukrayna və onun xalqını lazım olduğu qədər dəstəkləyəcək.

Xəbər lenti