Xəzər Xəbər

Roma Papası Yaxın Şərqdəki vəziyyətdən narahatlığını ifadə edib

Dünya | 17:04 • 7 Avqust 2024
Roma Papası Yaxın Şərqdəki vəziyyətdən narahatlığını ifadə edib

Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransisk Yaxın Şərqdəki vəziyyətlə bağlı narahatlığını ifadə edib.

Xezerxeber.az xəbər verir ki, pontifik İsraillə HƏMAS arasında artan gərginlik fonunda Qəzzəda humanitar vəziyyətin davamlığının təmin olunması, münaqişənin genişlənməməsinin və silahların susdurulması ilə bağlı çağırış edib.

“Qoy sevgi nifrətə qalib gəlsin və düşmənçiliklər bağışlanmaqla tərksilah olunsun”, - deyə Papa Fransisk bildirib.

Roma Papası Ukrayna, Myanma, Sudan, Pakistan və Əfqanıstan kimi münaqişə bölgələri ilə bağlı da narahatlığını ifadə edib, insanları müharibədən əzab çəkən xalqlar üçün dua etməyə səsləyib.

Xəbər lenti

Çox oxunanlar