Xəzər Xəbər

Ermənistan Azərbaycanla sərhəddə silah-sursat zərərsizləşdirəcək

Dünya | 11:21 • 7 Avqust 2024
Ermənistan Azərbaycanla sərhəddə silah-sursat zərərsizləşdirəcək

Ermənistanın Müdafiə Nazirliyi Azərbaycanla sərhəddə yerləşən Kirants və Berkaber yaşayış məntəqələrinin sakinlərinə xəbərdarlıq edib.

Xezerxeber.az-ın “Sputnik-Armenia”ya istinadən xəbərinə görə, nazirlikdən yerli vaxtla saat 12:00-dan 14:00-a qədər həmin kəndlərə yaxın ərazilərdə hərbi silah-sursatın zərərsizləşdirilməsi tədbirlərinin həyata keçiriləcəyi bildirilib.

Qurum ərazidə 10 dəfə partlayış səsinin eşidiləcəyi səbəbindən əhalini narahat olmamağa və təşvişə düşməməyə çağırıb. 

Xəbər lenti