Xəzər Xəbər

İsrail ordusu Təl-Əvivə əlavə xilasetmə bölmələri yerləşdirib

Dünya | 10:10 • 7 Avqust 2024
İsrail ordusu Təl-Əvivə əlavə xilasetmə bölmələri yerləşdirib

İsrail müdafiə ordusunun komandanlığı Təl-Əvivdə və ölkənin digər mühüm şəhərlərində əlavə xilasetmə bölmələri yerləşdirib.

Xezerxeber.az “The Jerusalem Post” qəzetinə istinadla xəbər verir ki, axtarış-xilasetmə qrupları və xüsusi texnika paytaxtdakı “Yad Eliyahu” stadionunda yerləşdirilib. Bu, İran tərəfindən mümkün hücuma hazırlıq məqsədi daşıyır. Yaşayış binaları vurulduğu təqdirdə həmin bölmələr dağıntıların təmizlənməsi və xilasetmə əməliyyatlarını həyata keçirəcək.

Xilasedicilərin əlavə qüvvələri Hayfa, Krayot, Eylat və digər şəhərlərə də göndərilib.

Xəbər lenti

Çox oxunanlar