Xəzər Xəbər

Argentinanın keçmiş prezidentinə ölkəni tərk etmək qadağan olunub

Dünya | 09:41 • 7 Avqust 2024
Argentinanın keçmiş prezidentinə ölkəni tərk etmək qadağan olunub

Argentinanın keçmiş prezidenti Alberto Fernandesin ölkədən çıxışına qadağa qoyulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə “La Nacion” qəzeti məlumat yayıb.

Bildirilib ki, keçmiş prezidentin Fabiola Yanesə qarşı ailədaxili zorakılıq iddialarına görə ölkədən çıxışına qadağa qoyub.

Hakim keçmiş dövlət başçısına Yanesə yaxınlaşmağı da qadağan edib.

2019-2023-cü illərdə ölkəyə rəhbərlik etmiş Fernandes ona qarşı irəli sürülən ittihamları rədd edib.

Qeyd edək ki, Alberto Fernandeslə Fabiola Yanes rəsmi nikaha girməyib. Onların 2022-ci ildə övladı dünyaya gəlib.

Xəbər lenti