Xəzər Xəbər

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 mlrd. avroluq yardımı təsdiq edib

Dünya | 17:00 • 6 Avqust 2024
Avropa İttifaqı Şurası Ukraynaya 4,2 mlrd. avroluq yardımı təsdiq edib

Avropa İttifaqı Şurası Ukraynaya 4,2 milyard dollar məbləğində mikromaliyyələşdirmə yardımının verilməsi qərarını təsdiqləyib.

Xezerxeber.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, adı çəkilən ölkə bu məbləğin ayrılması üçün tələb olunan şərtləri icra edib.

Belə ki, görülən tədbirlər nəticəsində dövlət vəsaitinin, eləcə də enerji sektoru da daxil olmaqla, dövlətin balansındakı müəssisələrin idarəolunması, biznes mühitinin sağlamlaşdırılması sahələrində idarəetmə təkmilləşdirilib.

Xəbər lenti