Xəzər Xəbər

Rusiyada Müdafiə Nazirliyinin keçmiş əməkdaşı rüşvət ittihamı ilə saxlanılıb

Dünya | 15:09 • 6 Avqust 2024
Rusiyada Müdafiə Nazirliyinin keçmiş əməkdaşı rüşvət ittihamı ilə saxlanılıb

Rusiyanın Müdafiə Nazirliyinin Əşya Təminatı Xidmətinin keçmiş rəisi, “Tekstilnaya Torqovaya Kompaniya” Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktor müavini Vladimir Demçik saxlanılıb.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya İstintaq Komitəsinin rəsmi nümayəndəsi Svetlana Petrenko məlumat verib. 

O bildirib ki, 235-ci Qarnizon Hərbi Məhkəməsi onun barəsində külli-miqdarda rüşvət alma maddəsilə həbs-qətimkan tədbiri seçib. İstintaq materiallarına görə, V. Demçik ümumilikdə 4 milyon rubl məbləğində vəsaiti rüşvət qismində əldə edib.

Məlumata görə, onun rəhbəri olduğu şirkət “Çaykovskiy Tekstil” Şirkətlər Qrupuna daxildir.

Xəbər lenti

Çox oxunanlar