Xəzər Xəbər

Ermənistanda deputat mandatının ləğvi üçün müraciət edib

Dünya | 12:39 • 6 Avqust 2024
Ermənistanda deputat mandatının ləğvi üçün müraciət edib

Ermənistanda hakim “Vətəndaş Müqaviləsi” fraksiyasından olan deputatı Qurgen Arsenyan səlahiyyətlərinə xitam verilməsi üçün parlamentə müraciət edib.

Xezerxeber.az-ın xəbərinə görə, bu barədə xəbər erməni “Telegram” kanallarında yayılıb.

Parlament sədrinin köməkçisi Movses Arutunyan qanunverici orqana belə bir müraciətin daxil olduğunu təsdiqləyib.

Qeyd edək ki, bir qədər əvvəl Ermənistanın Rusiyadakı səfir Vaqarşak Arutunyanı yaxın vaxtlarda geri çağıracağı barədə xəbər yayılıb. Bildirilib ki, rəsmi İrəvan bu vəzifəyə deputat Qurgen Arsenyanı təyin etmək niyyətindədir.

Xəbər lenti

Çox oxunanlar