Xəzər Xəbər

Qərb Ukraynanın bərpasını maliyyələşdirmək istəmir

Dünya | 10:00 • 6 Avqust 2024
Qərb Ukraynanın bərpasını maliyyələşdirmək istəmir

ABŞ və Avropa İttifaqı ölkələri münaqişədən sonra Ukraynanın yenidən qurulmasını maliyyələşdirmək fikrində deyil.

Xezerxeber.az xəbər verir ki, bunu ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) sabiq əməliyyat direktoru Maks Primorats “The Wall Street Journal” üçün köşə yazısında bildirib.

Ekspertin sözlərinə görə, Ukraynanın bərpası təxminən bir trilyon dollara başa gələ bilər. Odur ki, nə Birləşmiş Ştatlar, nə də Avropa bunun üçün vergi ödəyicilərinin dollarlarından istifadə etmək istəmir.

Sabiq USAİD əməkdaşı hesab edir ki, Ukraynanın hakimiyyət orqanları ölkəni bərpa etmək üçün bir neçə addım atmalıdır. Hökumət ilk növbədə iqtisadi islahatlar həyata keçirməli, həmçinin 3,5 minə yaxın dövlət müəssisəsini özəlləşdirməli və ya ləğv etməli olacaq. Bundan əlavə, energetika, kənd təsərrüfatı, texnologiya və müdafiə sektorları ABŞ sərmayədarları üçün açılmalıdır.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024