Xəzər Xəbər

İraqda ABŞ hərbçilərinin olduğu baza atəşə tutulub

Dünya | 09:08 • 6 Avqust 2024
İraqda ABŞ hərbçilərinin olduğu baza atəşə tutulub

İraqdakı Ayn əl-Əsəd aviabazasına raket hücumu olub. Nəticədə bir neçə amerikalı hərbçi yaralanıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə CNN telekanalı ABŞ Müdafiə Nazirliyinin sözçüsünə istinadla məlumat yayıb.

"Biz təsdiq edə bilərik ki, bu gün əl-Əsəd aviabazasına ABŞ və koalisiya qüvvələrinə qarşı raket zərbəsi endirilib", - telekanalın həmsöhbəti bildirib.

"İlkin məlumatlara görə, bir neçə amerikalı hərbçi yaralanıb. Baza əməkdaşları hücumdan sonra dəymiş ziyanı qiymətləndirirlər", - deyə o qeyd edib.

Hücumun kim tərəfindən həyata keçirildiyi bəlli olmasa da, ABŞ rəsmiləri uzun müddətdir ki, İraq və Suriyadakı qoşunlara qarşı hücumlarda İranın dəstəklədiyi qrupları günahlandırır.

Xəbər lenti

İlin son Günəş tutulması
20:10 • 2 Oktyabr 2024
Bakıda məktəbdə HƏYƏCAN
18:12 • 2 Oktyabr 2024