Xəzər Xəbər

Rusiyada minlələ hektar meşə sahəsi yanır

Dünya | 11:30 • 4 Avqust 2024
Rusiyada minlələ hektar meşə sahəsi yanır

Son sutka ərzində Rusiyanın Buryatiya regionunda iki yeni meşə yanğını aşkar edilib.

Xezerxeber.az TASS-a istinadən xəbər verir ki, bölgədə ümumi sahəsi 7.5 min hektardan çox olan 16 yanğın zonası aktivdir.

Bu barədə Respublika Meşə Təsərrüfatı Agentliyi məlumat yayıb.

Məlumata görə, yanğınların söndürülməsinə meşə mühafizəsi xidmətinin 160-dan çox əməkdaşı, habelə 12 ədəd texnika cəlb olunub. Respublikada regional fövqəladə vəziyyət rejimi qüvvədədir.

Xəbər lenti

Çox oxunanlar