Xəzər Xəbər

Avropada yollarında ən çox ölümlərin olduğu ölkələr açıqlanıb

Dünya | 11:14 • 4 Avqust 2024
Avropada yollarında ən çox ölümlərin olduğu ölkələr açıqlanıb

Yollarında avtomobil qəzalarında ən çox ölümlərin qeydə alındığı Avropa ölkələri açıqlanıb.

Avropa Nəqliyyat Təhlükəsizliyi Şurasının məlumatlarına əsasən, Avropada avtomobil sürmək üçün ən təhlükəli ölkə Bolqarıstandır.

Keçən il Bolqarıstanda yol qəzalarında 526 nəfər ölüb, hər milyon nəfərə 82 ölüm düşüb. Bu, Avropa İttifaqı üzrə orta göstəricidən 79% çoxdur.

İkinci yerdə 2023-cü ildə yollarında 1545 nəfərin öldüyü, hər milyon nəfərə 81 ölümün düşdüyü Rumıniya gəlir. Bu, Avropa İttifaqının orta göstəricisindən 78% çoxdur. Üçüncü və dördüncü yerlərdə Serbiya və Latviya qərarlaşıb. Orada yollarda ölüm halları Avropa İttifaqı üzrə orta göstəricidən 66% yüksəkdir.

Ən cəlbedici tətil istiqamətləri də avtomobil sürmək üçün ən təhlükəli yerlər arasındadır. Xorvatiya ölüm nisbəti Avropa İttifaqının orta göstəricisi ilə müqayisədə 56% çox olmaqla beşinci yerdə qərarlaşıb. Yollarında qəzalarda ölüm göstəriciləri Avropa İttifaqının orta göstəricisindən 32% çox olan Portuqaliya və 31% çox olan Yunanıstan növbəti sıralardadır.

İlk onluqda İtaliya da yer alıb. (APA)

Xəbər lenti