Xəzər Xəbər

Trampa qarşı cinayət işi bərpa edilib

Dünya | 09:05 • 4 Avqust 2024
Trampa qarşı cinayət işi bərpa edilib
ABŞ Ali Məhkəməsi seçkilərə müdaxilə ilə bağlı keçmiş prezident Donald Trampa qarşı açılan işə yenidən baxacaq.
Xezerxeber.az xəbər verir ki, bu barədə Ali Məhkəmənin hakim Tanya Chatken bildirib.
“Məhkəmə bu işdə yurisdiksiyanı bərpa etdi” – deyə o bildirib.
Qeyd olunur ki, bu iş üzrə ilkin məhkəmə iclası avqustun 16-na təyin edilib.
Bundan əvvəl xüsusi prokuror Cek Smit, məhkəmənin Trampa qarşı gizli sənədlərlə düzgün işləməməsi ilə bağlı qərarı ilə bağlı apellyasiya şikayəti vermişdi.

Xəbər lenti