Xəzər Xəbər

Serbiyadakı müdafiə sənayesi müəssisəsində partlayış baş verib

Dünya | 18:09 • 3 Avqust 2024
Serbiyadakı müdafiə sənayesi müəssisəsində partlayış baş verib

Serbiyadakı “Kruşik” müdafiə sənayesi müəssisəsinin sexlərinin birində partlayış baş verib, yeddi nəfər xəsarət alıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə yerli “Veçerne novosti” portalı yazır.

Valevo şəhər polisinin məlumatına əsasən, müəssisənin sexində partlayış zamanı 20 işçi olub, onlardan yeddisi müxtəlif travmalarla həkimlərə müraciət edib.

“Kruşik” Serbiya müdafiə sənayesinin ən böyük müəssisələrindən biridir.

Xəbər lenti

Çox oxunanlar