Xəzər Xəbər

Tramp Harrislə teledebata razılıq verib

Dünya | 10:20 • 3 Avqust 2024
Tramp Harrislə teledebata razılıq verib

Respublikaçılar Partiyasından ABŞ prezidentliyinə namizəd Donald Tramp rəqib partiyanın namizədi, ABŞ-ın vitse-prezidenti Kamala Harrislə debat keçirmək üçün “Fox News” kanalı ilə razılaşıb.

Xezerxeber.az xəbər verir ki, debat sentyabrın 4-nə nəzərdə tutulub.

"Mən “Fox News” ilə sentyabrın 4-də Kamala Harrislə debat üçün razılaşdım", - deyə Tramp bildirib.

Görüş Pensilvaniya ştatında baş tutacağı məlum olsa da, dəqiq saat müəyyənləşdirilməyib.

Xəbər lenti

Çox oxunanlar