Xəzər Xəbər

İsmayıl Haniyə Qətərdə dəfn edilib

Dünya | 18:20 • 2 Avqust 2024
İsmayıl Haniyə Qətərdə dəfn edilib

Tehranda öldürülən HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyə Dohanın şimalında, Lusail şəhərindəki qəbiristanlıqda dəfn edilib.

Xezerxeber.az xəbər verir ki, bu barədə “Əl-Cəzirə” məlumat yayıb.

Dəfn mərasimində Qətər kral ailəsinin üzvləri və Haniyənin öz ailə üzvləri, rəsmilər, o cümlədən İranın birinci vitse-prezidenti Məhəmməd Rza Aref və Türkiyənin xarici işlər naziri Hakan Fidan iştirak ediblər.

Mərasimdə İslam ölkələrindən onlarla dövlət rəsmilərinin iştirakı ilə əlaqədar təhlükəsizlik tədbirləri xeyli gücləndirilib.

Xəbər lenti

Çox oxunanlar