Xəzər Xəbər

İsrail ordusu Qəzzada Fələstin radikal hərəkat liderinin öldürüldüyünü bəyan edib

Dünya | 16:00 • 2 Avqust 2024
İsrail ordusu Qəzzada Fələstin radikal hərəkat liderinin öldürüldüyünü bəyan edib

İsrail hərbçiləri Qəzza zolağında Fələstinin radikal "İslami Cihad" hərəkatının liderlərindən biri olan Məhəmməd əl-Cəbarini zərərsizləşdirib.

Xezerxeber.az-ın TASS-a istinadən xəbərinə görə, bu barədə ordunun mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, söhbət "İslami Cihad" rəhbərinin silah istehsalı məsələləri üzrə müavinindən gedir.

"Əl-Cəbari Qəzza zolağının şimalında "İslami Cihad"ın silah istehsalı infrastrukturunun maliyyələşdirilməsinə, maaşların və vəsaitlərin bölüşdürülməsinə cavabdeh idi və "İslami Cihad"ın raket istehsalı üçün güc və infrastrukturunun bərpası işlərində iştirak edirdi", - deyə məlumatda qeyd edilib.

"Əl-Cəbari əldə edilən kəşfiyyat məlumatları əsasında həyata keçirilən məqsədyönlü əməliyyat nəticəsində məhv edilib. Zərbədən əvvəl mülki insanlara zərərvurma riskinin azaldılması üçün çox sayda tədbir görülüb", - deyə İsrail ordusundan bildirilib.

Xəbər lenti

Çox oxunanlar