Xəzər Xəbər

Olimpiada başlayandan bəri Parisdə 200 nəfər saxlanılıb

Dünya | 14:09 • 2 Avqust 2024
Olimpiada başlayandan bəri Parisdə 200 nəfər saxlanılıb

Yay Olimpiya Oyunları başlayandan bəri hüquq-mühafizə orqanları Paris şəhərində və onun ətrafında 200 nəfəri saxlayıb ki, onlardan da 180 nəfəri nəzarət altına alınıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Fransanın daxili işlər naziri Jerald Darmanen bildirib.

Nazirin sözlərinə görə, oyunların ilk həftəsində cinayətlərin sayında azalma qeydə alınıb. Eyni zamanda, zor tətbiqi ilə quldurluq hadisələrinin sayı 24 faiz, avtomobil oğurluğunun sayı isə 10 faiz azalıb.

Jerald Darmanen cinayətin azalmasının səbəbini hüquq-mühafizə orqanlarının əməkdaşlarının olimpiada zamanı asayişi təmin etmək üçün səfərbər olunması ilə əlaqələndirib. Belə ki, iyulun 26-dan avqustun 11-dək davam edəcək Olimpiya Oyunları zamanı İle-de-Frans regionunda təhlükəsizliyin təmin olunmasına 35 min polis və jandarm, həmçinin 18 min hərbçi və özəl təhlükəsizlik şirkətlərinin bir neçə min əməkdaşı cəlb edilib.

Xəbər lenti