Xəzər Xəbər

Donald Tramp dəstək səviyyəsinə görə Kamala Harrisi qabaqlayır

Dünya | 11:40 • 2 Avqust 2024
Donald Tramp dəstək səviyyəsinə görə Kamala Harrisi qabaqlayır

Respublikaçılar partiyasından prezidentliyə namizəd Donald Tramp amerikalı seçicilər arasında dəstək səviyyəsinə görə, vitse-prezident Kamala Harrisi 5 faiz bəndi qabaqlayır.

Xezerxeber.az xəbər verir ki, bunu “Rasmussen Reports” təşkilatının apardığı sosioloji rəy sorğusunun nəticələri göstərib.

Məlumata görə, sorğu iştirakçılarının 49 faizi prezident seçkilərində Donald Trampı, 44 faizi Kamala Harrisi dəstəkləməyə hazırdır. Respondentlərin 4 faizi isə qarşıdakı seçkilərdə digər bir namizədə səs verəcəklərini söyləyib.

Xatırladaq ki, ABŞ-da prezident seçkiləri noyabrın 5-nə təyin olunub. Demokratlar partiyasının seçkilərdə ölkənin hazırkı prezidenti Cozef Bayden tərəfindən təmsil olunacağı güman edilsə də, o, iyulun 21-də dövlət başçısı postuna yenidən seçilmək istəmədiyini elan edib və vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini bildirib.

Xəbər lenti

Çox oxunanlar