Xəzər Xəbər

Məsud Pezeşkian Cavad Zərifə yüksək vəzifə verdi

Dünya | 10:05 • 2 Avqust 2024
Məsud Pezeşkian Cavad Zərifə yüksək vəzifə verdi

İranın yeni seçilən prezidenti Məsud Pezeşkian ölkənin keçmiş xarici işlər naziri Məhəmməd Cavad Zərifi yüksək vəzifəyə təyin edib.

Xezerxeber.az bu barədə "Tasnim"ə istinadən xəbər verir.

M. Pezeşkianın qərarına əsasən Məhəmməd Cavad Zərif İranın strateji məsələlər üzrə vitse-prezident vəzifəsinə təyinat alıb.

Xatırladaq ki, Məhəmməd Cavad Zərif İranın xarici işlər naziri vəzifəsindən əlavə, uzun illər İranın Birləşmiş Millətlər Təşkilatında daimi nümayəndəsi olub.

Xəbər lenti

Çox oxunanlar