Xəzər Xəbər

Türkiyədə birgünlük matəm elan edilib

Dünya | 23:33 • 1 Avqust 2024
Türkiyədə birgünlük matəm elan edilib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin həlak olması ilə bağlı ölkədə birgünlük matəm elan edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ərdoğan sosial şəbəkədə paylaşım edib.

“Fələstin münaqişəsinə dəstəyimizi göstərmək məqsədilə avqustun 2-də birgünlük milli matəm elan edirik”, - deyə Türkiyə lideri bildirib.

Prezident Ərdoğan paylaşımına milli matəmlə bağlı imzaladığı fərmanın surətini də əlavə edib.

Xəbər lenti

Çox oxunanlar