Xəzər Xəbər

Bayden Ərdoğana məhbus mübadiləsi üçün təşəkkür edib

Dünya | 08:44 • 2 Avqust 2024
Bayden Ərdoğana məhbus mübadiləsi üçün təşəkkür edib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan avqustun 1-də ABŞ Prezidenti Co Baydenlə telefonla danışıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsi məlumat yayıb.

İki ölkənin lideri Türkiyə-ABŞ əlaqələrini, Qəzza zolağındakı vəziyyəti, Türkiyədə avqustun 1-də baş tutan məhbus mübadiləsini, regional və qlobal prosesləri müzakirə ediblər.

Yaxın Şərqdə cərəyan edən hadisələrə diqqət çəkən Türkiyə lideri HƏMAS Siyasi Bürosunun rəhbəri İsmayıl Haniyənin Tehranda həlak olmasını “sülh cəhdlərinə vurulan ciddi zərbə” adlandırıb.

Prezident Ərdoğan rəsmi Ankaranın Türkiyə-ABŞ əlaqələrinin hərtərəfli inkişafı istiqamətində addımlarını davam etdirəcəyini vurğulayıb.

ABŞ Prezidenti öz növbəsində Prezident Ərdoğana məhbus mübadiləsinin problemsiz baş tutması üçün göstərilən səylər üçün təşəkkür edib.

Xəbər lenti