Xəzər Xəbər

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirir

Dünya | 08:51 • 2 Avqust 2024
ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirir

ABŞ İsraili müdafiə məqsədilə bölgəyə yeni hərbi birləşmə yerləşdirəcəyini elan edib.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə ABŞ Prezidenti Co Baydenlə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı zamanı müzakirə aparılıb.

Telefon danışığı zamanı ABŞ-nin təhdidlərə, o cümlədən ballistik raketlərə və pilotsuz təyyarələrə qarşı İsrailin müdafiəsini dəstəkləmək səyləri və sadiqliyi müzakirə olunub. Tərəflər regionda gərginliyin azaldılması üçün davamlı səylərin vacibliyini vurğulayıblar. Telefon danışığına vitse-prezident Kamala Harris də qoşulub.

Xəbər lenti