Xəzər Xəbər

Ərdoğanın Roma Papası ilə telefon danışığı olub

Dünya | 16:18 • 1 Avqust 2024
Ərdoğanın Roma Papası ilə telefon danışığı olub

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Roma Papası Fransisk ilə telefon danışığı aparıb.

Xezerxeber.az-ın xəbərə görə, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.

Məlumata görə, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Parisdə Olimpiya Oyunlarının açılış mərasimində nümayiş etdirilən əxlaqsız səhnələri tənqid edib.

R.T.Ərdoğan bu addımların hiddət və kəskin reaksiyalara səbəb olduğunu diqqətə çatdırıb.

Türkiyə lideri ifadə azadlığı və tolerantlıq pərdəsi altında insan ləyaqətinin tapdalandığını, dini və əxlaqi dəyərlərin ələ salındığını, bunun xristian dünyası qədər müsəlmanları da incitdiyini bildirib: “Birlikdə səsimizi ucaltmalı və bunlara qarşı ortaq mövqe nümayiş etdirməliyik. İnsanları birləşdirmək üçün keçirilən Olimpiya Oyunlarında dini dəyərlərə meydan oxumaq, təbliğat aparmaq doğru deyil”.

Tərəflər, həmçinin Yaxın Şərqdə davam edən müharibəni və HƏMAS lideri İsmayıl Haniyənin ölümünü də müzakirə ediblər.

Prezident Ərdoğan danışıq zamanı HƏMAS siyasi bürosunun rəhbəri İsmail Haniyənin öldürülməsi və Livana hücumu ilə İsrailin bütün bölgə və dünya üçün təhdid olduğunu bildirib.

Xəbər lenti

Çox oxunanlar