Xəzər Xəbər

Rusiyada VPN xidmətləri barədə informasiya qadağan olunacaq

Dünya | 16:29 • 1 Avqust 2024
Rusiyada VPN xidmətləri barədə informasiya qadağan olunacaq

Rusiya ərazisində VPN xidmətlərinin yaradılması və qurulması üsullarını təsvir edən elmi və elmi-texniki məlumatların verilməsi qadağan olunacaq.

Xezerxeber.az xəbər verir ki, Rusiya Federasiyasının Rabitə, İnformasiya Texnologiyaları və Kütləvi Kommunikasiyalar sahəsində Nəzarət Federal Xidməti (“Roskomnadzor”) müvafiq əmr layihəsini dərc edib.

“Məqsədi fiziki şəxslərin informasiya ehtiyatlarına və ya Rusiya Federasiyasının ərazisində çıxışı məhdud olan informasiya və telekommunikasiya şəbəkələrinə çıxışı təmin etmək olan VPN xidmətlərinin yaradılması və qurulması üsullarını təsvir edən elmi, elmi-texniki məlumatlar da qadağan olunmuş kimi tanınmalıdır”, - deyə layihə müəllifləri bildirirlər.

Uzaqdan təhlükəsiz çıxışı təmin etmək üçün istifadə edilən VPN haqqında məlumat istisna təşkil edir.

“Bu məqsədlə VPN xidmətləri, xüsusilə dövlət orqanları, yerli özünüidarəetmə orqanları, kommersiya müəssisələri tərəfindən istifadə edilir”, - deyə sənədi izah edən qeyddə deyilir.

Sənədin ictimai müzakirəsi avqustun 5-də başa çatacaq. O, 2025-ci il martın 1-dən 2029-cu il sentyabrın 1-dək qüvvədə olacaq.

İyulun 31-də Rusiya Federasiyasının Prezidenti Vladimir Putin qanun imzalayıb, həmin qanuna əsasən saytlarda bloklamalardan yayınma üsulları haqqında məlumatın dərc edilməsi bu resursun “Roskomnadzor”un Vahid Qadağan Olunmuş İnformasiya Reyestrinə daxil edilməsi üçün əsas olacaq. Yeni norma VPN xidmətlərinin istifadə edilməsini deyil, bloklamalardan yayınmaq üsullarını reklam etməsini qadağan edir.

Xəbər lenti

Çox oxunanlar