Xəzər Xəbər

Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını tərk ediblər

Dünya | 13:43 • 1 Avqust 2024
Rusiya sərhədçiləri İrəvanın “Zvartnots” hava limanını tərk ediblər

Rusiyanın Sərhəd Xidməti 32 ildən sonra İrəvanın “Zvartnots” beynəlxalq hava limanını tərk edir.

Xezerxeber.az xəbər verir ki, “Zvartnots” aeroportunun sərhəd-keçid məntəqəsinin mühafizəsinin İrəvana təhvil verilməsi haqqında protokolu Rusiya Federal Təhlükəsizlik Xidmətinin Ermənistandakı sərhəd idarəsinin rəisi, general-leytenant Roman Qolubitski və Ermənistan Təhlükəsizlik Xidmətinin Sərhəd Qoşunlarının komandanı Edqar Hunanyan imzalayıb.

Qeyd edək ki, Rusiya sərhədçiləri 1992-ci ildə bağlanan müqavilə əsasında Ermənistanın Türkiyə və İranla sərhədlərini və “Zvartnots” beynəlxalq hava limanının təhlükəsizliyini qoruyur.

Bir müddət öncə Ermənistanın baş naziri Nikol Paşinyan Rusiya sərhədçilərinin 2024-cü il avqustun 1-də hava limanını tərk edəcəyini bildirmişdi.

Xəbər lenti