Xəzər Xəbər

İsrail rəsmilərinin təhlükəsizliyi xüsusi nəzarət altına götürülüb

Dünya | 10:19 • 1 Avqust 2024
İsrail rəsmilərinin təhlükəsizliyi xüsusi nəzarət altına götürülüb

İsrailin Baş Təhlükəsizlik Xidməti (ŞABAK) Baş nazir Benyamin Netanyahu və onun hökumət nümayəndələrinə yalnız möhkəmləndirilmiş sığınacağa birbaşa çıxışı olan məkanlarda qalmağı tövsiyə edib.

Oxu.Az xəbər verir ki, bu barədə İsrailin "Kanal 12" televiziyası məlumat yayıb.

Həmçinin hökumət üzvlərinə ŞABAK rəhbəri Ronen Barın şəxsi icazəsi olmadan döyüş xəttinə yaxın açıq ərazilərdən keçmək də qadağan edilib.

Bundan əlavə, İsrailin xaricdəki diplomatik nümayəndəliklərində təhlükəsizlik tədbirləri gücləndirilib, diplomatlara kütləvi tədbirlərə getməmək tövsiyə edilib.

Xəbər lenti

Çox oxunanlar