Xəzər Xəbər

İngiltərədə etirazçılar və polis arasında qarşıdurma: azı 50 polis yaralanıb FOTO

Dünya | 15:09 • 31 İyul 2024
İngiltərədə etirazçılar və polis arasında qarşıdurma: azı 50 polis yaralanıb

İngiltərənin Sautport şəhərində etirazçılar və polis arasında qarşıdurma yaranıb.

“Sky News” kanalı xəbər yayıb ki, hadisə nəticəsində azı 50 polis əməkdaşı yaralanıb, onlardan 27-si xəstəxanaya aparılıb.

Polis maşını etirazçılar tərəfindən yandırılıb.

Qeyd edək ki, iyulun 29-da Sautport şəhərində 17 yaşlı əli bıçaqlı şəxs şəhərdəki rəqs məktəblərindən birində uşaqlara hücum edib. Nəticədə 9 uşaq yaralanıb, 3 uşaq isə aldığı zərbələrdən xəstəxanada həyatını itirib. Etirazçılar və polis arasındakı qarşıdurma isə dünən gecə (iyulun 30-da) qurbanların xatirəsini yad etmək üçün keçirilən dinc aksiyadan bir neçə saat sonra baş verib.

Sautport üzrə deputat Patrik Hörli iğtişaşçıların bu şəhərdə yaşamadığını, başqa bölgələrdən bura üz tutduqlarını açıqlayıb:

"Bu şəxslər Sautportda yaşamırlar. Onlar hadisədən zorakılıq və nifrət yaratmaq üçün istifadə etdilər və bu, həyatını itirən uşaqların valideynlərinin istədiyi bir şey deyil. Etirazçıların bu hərəkəti ailələrə qarşı böyük bir hörmətsizlikdir", - deyə açıqlama verib.

Xəbər lenti

Çox oxunanlar