Xəzər Xəbər

İsmayıl Haniyə Qətərdə dəfn olunacaq

Dünya | 14:53 • 31 İyul 2024
İsmayıl Haniyə Qətərdə dəfn olunacaq

HƏMAS hərəkatının siyasi bürosunun rəhbəri İsmayıl Haniyə İranda keçiriləcək vida mərasimindən sonra cümə günü Qətərdə dəfn ediləcək.

Xezerxeber.az xəbər verir ki, bu barədə HƏMAS hərəkatının mətbuata açıqlamasında bildirilir.

Məlumata görə, İsmayil Haniyə ilə rəsmi vida mərasimi avqustun 1-də Tehranda keçiriləcək. Cənazə bundan sonra Qətərin paytaxtı Dohaya aparılacaq və avqustun 2-də, cümə günü Lusail şəhərində dəfn olunacaq.

Dohada keçiriləcək vida mərasimində ərəb və islam dünyası liderlərinin, həmçinin Fələstin fraksiyası üzvlərinin iştirak edəcəkləri gözlənilir.

Xatırladaq ki, İsmayıl Haniyə iyulun 31-nə keçən gecə Tehranda öldürülüb. HƏMAS liderinə hücum onun İran prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirakından sonra baş verib.

Xəbər lenti

Çox oxunanlar