Xəzər Xəbər

Rusiyada qeyri-strateji nüvə təlimləri keçirilir

Dünya | 12:47 • 31 İyul 2024
Rusiyada qeyri-strateji nüvə təlimləri keçirilir

Rusiyada qeyri-strateji nüvə təlimlərinin üçüncü mərhələsi başlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumatda qeyd edilib ki, təlimə Cənubi və Mərkəzi Hərbi Dairələrin, aerokosmik qüvvələrin şəxsi heyəti cəlb olunub.

Bildirilib ki, hərbi qulluqçular Rusiya Federasiyası Silahlı Qüvvələrinin hissələrinin qeyri-strateji nüvə silahına döyüş tətbiqinə hazırlıq məsələləri üzərində işləyəcəklər.

Xəbər lenti