Xəzər Xəbər

Türkiyənin XİN başçısı İranda görüşlər keçirib FOTO

Dünya | 08:33 • 31 İyul 2024
Türkiyənin XİN başçısı İranda görüşlər keçirib

Türkiyənin xarici işlər naziri Hakan Fidan İran İslam Respublikasının yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimində iştirak edib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata əsasən, Türkiyənin XİN başçısı İrana səfəri zamanı Türkmənistan Baş nazirinin müavini və xarici işlər naziri Rəşid Meredov və İraq Kürdüstan Regionunun başçısı Neçirvan Bərzani ilə ikitərəfli görülər keçirib.

Görüşlərdə regionda baş verən proseslər və iki tərəfli münasibətlər müzakirə edilib.

Xəbər lenti

Çox oxunanlar