Xəzər Xəbər

ABŞ-nin dövlət borcu 35 trilyon dolları ötüb

Dünya | 11:47 • 30 İyul 2024
ABŞ-nin dövlət borcu 35 trilyon dolları ötüb

ABŞ federal hökumətinin ümumi dövlət borcu ilk dəfə olaraq 35 trilyon dolları ötüb. Yenidən artan borc problemi ABŞ iqtisadiyyatı üçün narahatlığa səbəb olub.

“The New York Times” qəzeti yazır ki, bununla bağlı Xəzinədarlıq Departamenti açıqlama yayıb.

Yeni gündəlik xəzinədarlıq hesabatına görə, məlumatlar hər iş gününün sonunda əvvəlki iş gününün məlumatları ilə yenilənir. ABŞ-nin dövlət borcu 2023-cü ilin dekabr ayının sonunda 34 trilyon dollar idi.

Məsul Federal Büdcə Komitəsinin rəhbərliyindən bildirilib ki, bütün risklərə və xəbərdarlıq əlamətlərinə baxmayaraq, bu vəziyyət həyəcan təbilidir.

ABŞ-nin uzunmüddətli maliyyə problemlərinin həllinə yönəlmiş bitərəf təşkilat olan Peter G. Peterson Fonduna görə, 35 trilyon dollarlıq dövlət borcu ABŞ-də adambaşına təxminən 104 min dollar borc deməkdir.

ABŞ-nin İrs Fondunun tədqiqatçısı, iqtisadçı EJ Antoni bildirir ki, iyun ayı rəqəmlərinə əsasən, milli borcun faizi hökumət tərəfindən toplanan bütün şəxsi gəlir vergilərinin 76 faizinə bərabərdir.

Xatırladaq ki, amerikalı milyarder İlon Musk öz sosial hesabında bu yaxınlarda Amerikanın iflas etdiyini yazıb.

Xəbər lenti

Çox oxunanlar