Xəzər Xəbər

Rusiya Ukraynada 577 mindən çox hərbçisini itirib

Dünya | 11:34 • 30 İyul 2024
Rusiya Ukraynada 577 mindən çox hərbçisini itirib

Rusiya qüvvələri son sutkada Ukrayna ərazisində daha 1060 hərbçisini itirib.

Xezerxeber.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilib ki, bununla da Rusiya tərəfinin müharibə başlayandan bəri ümumi itkilərinin sayı 577 060 nəfərə çatıb.

Həmçinin son sutka ərzində Rusiyaya məxsus 25 tank, 38 zirehli döyüş maşını, 46 artilleriya sistemi Ukrayna ordusu tərəfindən sıradan çıxarılıb.

Xatırladaq ki, 2022-ci ilin 24 fevralında Rusiyanın Ukraynaya hücumu nəticəsində başlayan müharibə davam edir.

Xəbər lenti