Xəzər Xəbər

Ukrayna yaxın həftələrdə ABŞ-dən 3,9 milyard dollar ala bilər

Dünya | 09:19 • 30 İyul 2024
Ukrayna yaxın həftələrdə ABŞ-dən 3,9 milyard dollar ala bilər

Ukraynanın Baş naziri Denis Şmıqal ABŞ-nin Ukraynanın iqtisadi bərpası üzrə xüsusi nümayəndəsi Penni Pritsker ilə danışıqlar aparıb. Danışıqlarda müzakirə olunan mövzulardan biri Amerikanın Ukraynaya maliyyə yardımı olub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Ukrayna hökumətinin başçısının teleqramdakı paylaşımına qeyd edib.

Baş nazir bildirib ki, G7-dən Ukrayna üçün 50 milyard dollar həcmində kredit barədə qərarın dəstəklənməsinə görə ABŞ-yə minnətdarlığını bildirib. Baş nazirin sözlərinə görə, Ukrayna üçün vacibdir ki, vəsait 2025-ci ildən əlçatan olsun, hərbi məqsədlərə yönəldilə bilsin.

Tərəflər, həmçinin Multidonor koordinasiya platformasının işini müzakirə ediblər. İndi Ukrayna üçün büdcə xərcləri, bərpa layihələri və energetikanın dəstəklənməsinin maliyyələşdirilməsi böyük əhəmiyyət kəsb edir.

“Ukrayna bu il ABŞ-nin 7,85 milyard dollarlıq birbaşa büdcə dəstəyinə görə minnətdardır. İlk 3,9 milyard dolları artıq yaxın həftələrdə gözləyirik”, - deyə Şmıqal əlavə edib.

O qeyd edib ki, indi iqtisadi bərpa layihələrinin maliyyələşdirilməsində sistemli yanaşma tətbiq edilir. Xüsusilə Ukrayna hökuməti yanında Strateji İnvestisiya Şurasının ilk iclası keçirilib.

“İki ay ərzində 2025-ci il üçün ictimai investisiya layihələrinin siyahısını təsdiq etməyi və onu tərəfdaşlara ötürməyi planlaşdırırıq”, - deyə Ukrayna hökumətinin başçısı dəqiqləşdirib.

Xəbər lenti

Çox oxunanlar