Xəzər Xəbər

ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

Dünya | 08:56 • 30 İyul 2024
ABŞ Ukraynaya növbəti yardım paketi ayırıb

Bayden Administrasiyası Ukraynaya əlavə təhlükəsizlik yardımı paketi ayırdığını açıqlayıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə ABŞ Müdafiə Departamenti məlumat yayıb.

Məlumata görə, 1,7 milyard dollar təşkil edən paket 2 hissədən ibarətdir. 200 milyon dollarlıq paketə zenit raketləri, raket artilleriya sistemləri üçün sursatlar və tank əleyhinə silahlar daxildir. 1,5 milyard dollarlıq paket isə Ukraynaya Təhlükəsizlik Yardımı Təşəbbüsü (UTYT) çərçivəsində ayrılıb. Bu 2021-ci ilin avqustundan bu yana ABŞ ehtiyatlarından ayrılan 62-ci və UTYT çərçivəsində ayrılan 20-ci yardım paketidir.

Xəbər lenti

Çox oxunanlar