Xəzər Xəbər

İran Prezident Aparatına rəhbər təyin edilib

Dünya | 17:35 • 29 İyul 2024
İran Prezident Aparatına rəhbər təyin edilib

İranın yeni prezidenti Məsud Pezeşkian Muhsin Hacımirzaini Prezident Aparatının rəhbəri təyin edib.

Xezerxeber.az xəbər verir ki, “Mehr” agentliyinnin məlumatına görə, Muhsin Hacımirzai İranın 12-ci hökumətində təhsil naziri və eyni zamanda Hökumət Şurasının katibi vəzifələrində çalışıb.

Qeyd edək ki, Pezeşian dünən Məhəmməd Rza Arefi vitse-prezident təyin etmişdi.

İranın yeni prezidenti Məsud Pezeşkian bazar günü İslam İnqilabının rəhbəri Ayətullah Xameneinin fərmanı ilə rəsmən vəzifəsinin icrasına başlayıb. O, iyulun 30-da parlamentdə prezident kimi and içəcək.

Xəbər lenti

Çox oxunanlar