Türkiyə və Ermənistanın normallaşma prosesi üzrə xüsusi nümayəndələri Serdar Kılıç və Ruben Rubinyan iyulun 30-da Türkiyə-Ermənistan sərhədində danışıqların 5-ci raundunu keçirəcəklər.
Xezerxeber.az xəbər verir ki, bu barədə erməni mətbuatı türkiyəli teleaparıcı Sena Alkana istinadla məlumat yayıb.
Bildirilir ki, görüş səhər Ermənistan tərəfdə, günün ikinci yarısında isə Türkiyə tərəfdə olacaq.