Xəzər Xəbər

Türkiyə Ordusu İraqın şimalında əməliyyat keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib

Dünya | 09:33 • 27 İyul 2024
Türkiyə Ordusu İraqın şimalında əməliyyat keçirib, çoxlu sayda terrorçu zərərsizləşdirilib

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçulara qarşı hava əməliyyatı keçirib.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin Milli Müdafiə Nazirliyindən bildirilib.

Məlumata əsasən, İraqın Qara, Qəndil və Asos bölgələrində keçirilən əməliyyat zamanı terrorçulara məxsus 25 hədəf məhv edilib, çox sayda terrorçu zərərsizləşdirilib.

Əsasən Türkiyə istehsalı olan silah və texnikadan istifadə edilən əməliyyat zamanı mülki əhali, dost ölkələrə məxsus bazalar, mədəni və tarixi abidələr, eləcə də ətraf mühitin zərər çəkməməsi üçün bütün qabaqlayıcı tədbirlər görülüb.

Xəbər lenti