Xəzər Xəbər

Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Dünya | 08:33 • 27 İyul 2024
Aİ Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya 1,5 milyard avroluq ilk tranş ayırıb

Avropa İttifaqı Ukraynaya dəstək olaraq Rusiyanın dondurulmuş aktivlərindən 1,5 milyard avroluq ilk tranşı köçürüb.

Xezerxeber.az xəbər verir ki, bu barədə Avropa Komissiyası məlumat yayıb.

Aİ operatorları və mərkəzi qiymətli kağızlar depozitarlarının Rusiyanın dondurulmuş suveren aktivlərindən əldə etdiyi gəlirlər Avropa Komissiyası tərəfindən iyulun 23-də birinci tranş kimi “Euroclear”a köçürülüb. İndi bu vəsait Avropa Sülh Fondu və Ukrayna üçün Fond vasitəsilə Ukraynanın hərbi potensialının gücləndirilməsi və ölkənin bərpasına yönəldiləcək.

Aİ operatorlarının əldə etdiyi gəlir mərkəzi depozitarlarda saxlanılır. İndi Aİ bu vəsaiti Ukraynaya göndərməyə başlayıb.

Xəbər lenti