Xəzər Xəbər

Britaniyanın Kral ailəsi rəsmi səyahətlərə 4.2 milyon funt sterlinq xərcləyib

Dünya | 13:54 • 26 İyul 2024
Britaniyanın Kral ailəsi rəsmi səyahətlərə 4.2 milyon funt sterlinq xərcləyib

Britaniya Kral ailəsi son bir ildə rəsmi səyahətlərə 4,2 milyon funt sterlinq xərcləyib.

Xezerxeber.az xəbər verir ki, 2023-2024-cü illəri əhatə edən maliyyə hesabatına görə, kral ailəsinin üzvləri ümumilikdə 2327 tədbirdə iştirak edib. Kral Çarlz və Keyt Middltonun xərçəng xəstəliyi səbəbindən ailə üzvləri əvvəlki illərlə müqayisədə daha az səyahət edib. Buna baxmayaraq, onların səyahət xərclərində artım müşahidə olunub.

Ən bahalı səyahət isə Kral Çarlz və Kraliça Kamillanın 2023-cü ilin oktyabr və noyabr aylarında Keniyaya beş günlük dövlət səfəri olub. Bu səfərin səyahət xərcləri ümumilikdə 167 min funt sterlinq təşkil edib. Kral və Kraliçanın ötən ilin sentyabrında Fransaya dövlət səfəri zamanı isə səyahət xərcləri 118 min funt sterlinq təşkil edib.

Maliyyə hesabatları adətən iyun ayında dərc edilir, lakin iyulun 4-də Böyük Britaniyada keçirilən ümumi seçkilər səbəbindən bu il təxirə salınıb.

Xəbər lenti