Xəzər Xəbər

Harris - Tramp debatı sentyabrın 17-si keçirilə bilər

Dünya | 09:42 • 26 İyul 2024
Harris - Tramp debatı sentyabrın 17-si keçirilə bilər

ABŞ-ın vitse-prezidenti Kamala Harrislə keçmiş prezident, Respublikaçılar Partiyasının prezidentliyə namizədi Donald Tramp arasında sentyabrın 17-də Pensilvaniyada ilk debat keçirilə bilər.

Xezerxeber.az-ın məlumatına görə, bu barədə “Fox News” məlumat yayıb.

Bu gün Demokratlar Partiyasının real namizədi Kamala Harris Trampa debata hazır olduğunu açıqlayıb. O, eyni zamanda Trampı “ABC News” tərəfindən sentyabrın 10-da təşkil olunması planlaşdırılan debatla bağlı geri addım atmaqda günahlandırıb. Tramp isə “Fox News”un keçirəcəyi debatı üstün tutduğunu deyərək Harrislə 2 debata hazır olduğunu bildirib.

Qeyd edək ki, sentyabrın 10-u üçün nəzərdə tutulmuş debat Trampla Bayden arasında baş tutmalı idi.

Xəbər lenti