Xəzər Xəbər

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb

Dünya | 20:33 • 24 İyul 2024
Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb

Ermənistanın Tavuş rayonunda traktor minaya düşüb.

Xezerxeber.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, traktor sürücüsü yüngül xəsarət alıb.

Traktor sərhəddə mühəndis işləri apararkən partlayıb.

Nəticədə texnika tamamilə sıradan çıxıb.

Zərərçəkmiş İcevan şəhər xəstəxanasına çatdırılıb, vəziyyəti qənaətbəxş qiymətləndirilir.

Xəbər lenti