Xəzər Xəbər

Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub

Dünya | 18:57 • 24 İyul 2024
Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub

Rusiyada avtomobili partlatmaqda şübhəli bilinən şəxs Türkiyədə tutulub.

Xezerxeber.az xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Ali Yerlikaya bildirib.

Nazir Moskvada avtomobili partlatmaqda şübhəli bilinən şəxsin Bodrumda tutulduğunu deyib.

Qeyd edək ki, bu gün Rusiya paytaxtının Sinyavinskaya küçəsində yaşayış binasının qarşısında avtomobil partlayıb. Partlayış nəticəsində iki nəfər yaralanıb.

Rusiya Federal Təhlükəsizlik Xidmətinin direktoru Aleksandr Bortnikov avtomobilə partlayıcı qurğu yerləşdirən şəxsin Türkiyəyə qaçdığını açıqlamışdı.

Xidmət rəhbəri həmin şəxsin tutulması üçün Türkiyənin hüquq-mühafizə orqanları ilə birgə iş aparıldığını demişdi.

Xəbər lenti