Xəzər Xəbər

Zelenski: Biz Baydenin qərarına hörmətlə yanaşırıq

Dünya | 14:26 • 22 İyul 2024
Zelenski: Biz Baydenin qərarına hörmətlə yanaşırıq

ABŞ Prezidenti Cozef Bayden dövlət başçısı postu uğrunda yarışdan çıxdığını elan edərək çətin qərar verib.

Xezerxeber.az xəbər verir ki, Ukrayna Prezidenti Volodimir Zelenski bu barədə özünün sosial media hesabında yazıb.

“Biz bugünkü çətin, lakin güclü qərara hörmətlə yanaşırıq”, - deyə Volodimir Zelenski bildirib.

Xatırladaq ki, iyulun 21-də Cozef Bayden dövlət başçısı postu uğrunda mübarizədən geri çəkildiyini, lakin səlahiyyət müddətinin sonunadək vəzifədə qalacağını açıqlayıb. O, eyni zamanda prezident seçkilərində vitse-prezident Kamala Harrisin namizədliyini dəstəklədiyini elan edib.

Donald Trampın seçkidəki rəqibinin kimliyi Demokratlar Partiyasının avqustun 19-dan 22-dək Çikaqoda keçiriləcək qurultayında müəyyənləşəcək.

Respublikaçıların namizədi Donald Tramp dəfələrlə bəyan edib ki, Kamala Harrisə qalib gəlmək onun üçün daha asan olacaq.

Xəbər lenti

Çox oxunanlar