Ermənistanda etiraz aksiyalarının təşkilatçısı keşiş Baqrat Qalstanyan tərəfdarları ilə dünənki görüşdə bildirib ki, hakimiyyətə qarşı mübarizənin yeni mərhləsinə hazırlıq gedir.
Xezerxeber.az-ın məlumatına görə, Baqrat Qalstanyan jurnalistlərə deyib ki, regionlara səfərlərin məqsədi sakinləri təşviq etmək və dəstək almaq, onların əhval-ruhiyyəsinin nə olduğunu anlamaqdır.
Baqrat Qalstanyan əlavə edib ki, hərəkatın aktivləşmə mərhələsi sentyabrın əvvəlində başlayacaq.