ABŞ-də prezidentlərə hücumlar ölkənin daxili-siyasi həyatında ənənə halına çevrilib.
Xezüerxeber.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Mariya Zaxarova “Rossiya-24” telekanalında bildirib.
"Sui-qəsd cəhdi təəssüf ki, normaya çevrilən bir ənənədir", - Zaxarova deyib.
Rusiya XİN rəsmisi qeyd edib ki, ABŞ Ukraynanı maliyyələşdirməkdənsə, bu pulları öz daxili təhlükəsizliyinə yatırmalıdır.
Xatırladaq ki, ABŞ-nin Pensilvaniya ştatında Respublikaçılar Partiyasının builki prezident seçkilərində namizədi Donald Trampın mitinqi zamanı atəş açılıb, siyasətçi xəsarət alıb.