ABŞ-nin keçmiş prezidenti Pensilvaniyada sui-qəsd cəhdi zamanı yaralandıqdan sonra açıqlama verib.
Xezerxeber.az xəbər verir ki, bu barədə Amerika mediası məlumat yayıb.
"Bunun bizim ölkədə baş verməsi inanılmazdır, atəş edən haqqında heç bir məlumat yoxdur", - o deyib.
Tramp sui-qəsd cəhdinə operativ reaksiya verdikləri üçün ABŞ Məxfi Xidmətinə və bütün hüquq-mühafizə orqanlarına təşəkkür edib.