ABŞ dövlət katibinin mülki təhlükəsizlik, demokratiya və insan haqları üzrə müavini Uzra Zeya siyasi məsləhətləşmələr üçün iyulun 13-də Ermənistana səfər edib.
Xezerxeber.az xəbər verir ki, U.Zeya Ermənistanın baş naziri Nikol Paşinyan ilə görüşüb.
Ermənistan Hökumətinin mətbuat xidmətinin yaydığı məlumat görə, görüşdə bir sıra məsələlər, o cümlədən regionda təhlükəsizlik məsələləri diqqət mərkəzində olub.
Dövlət katibinin müavini vurğulayıb ki, Amerika Birləşmiş Ştatları bundan sonra da Azərbaycanla Ermənistan arasında sülhə, regionda təhlükəsizliyə və sabitliyə töhfə verəcək.