Xəzər Xəbər

Bayden Trampla telefon danışığı aparıb

Dünya | 09:13 • 14 İyul 2024
Bayden Trampla telefon danışığı aparıb

ABŞ Prezidenti demokrat Co Bayden qarşıdan gələn noyabr seçkilərindəki rəqibi, Pensilvaniyada seçki kampaniyası zamanı açılan atəş nəticəsində yaralanan Respublikaçı Donald Trampla şənbə günü axşam telefon danışığı aparıb.

Xezerxeber.az xəbər verir ki, bu barədə jurnalistlərə Ağ Evin mətbuat xidmətindən məlumat verilib.

Məlumatda həmçinin Baydenin Pensilvaniya qubernatoru Coş Şapiro və Butler şəhərinin meri Bob Dendoy ilə də danışdığı bildirilir.

Ağ Evdən verilən açıqlamada söhbətin təfərrüatları ilə bağlı heç bir açıqlama verilməyib.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024