Xəzər Xəbər

Donald Trampa qarşı sui-qəsd olub

Dünya | 07:30 • 14 İyul 2024
Donald Trampa qarşı sui-qəsd olub

ABŞ-nin Pensilvaniya ştatında keçmiş prezident, Respublikaçılar Partiyasının builki prezident seçkilərində real namizədi Donald Trampa qarşı sui-qəsd təşkil olunub.

Xezerxeber.az-ın xarici mediaya istinasdən verdiyi məlumata görə, hadisə Batler şəhərində seçicilərlə görüş zamanı baş verib.

Çıxışı başlayandan bir neçə dəqiqə sonra Donald Trampa atəş açılıb.

Tramp qulağını tutaraq səhnədə aşağı çöküb. Daha sonra cangüdənlərin müşayiətilə səhnəni tərk edib. Tribundan düşərkən onun qulağının qan olduğu aydın görünüb. Hadisə yerli kanallar vasitəsi ilə canlı yayımlanıb.

Xəbər lenti

Bakıda obyektdə YANĞIN VİDEO
18:40 • 28 Sentyabr 2024